Maraqlı məlumatlar-4

Timsahlar daş yeyir
Timsahların mədəsi daşı həzm etmək üçün də yararlıdır. Onun mədə həzmindən bütün canlılar keçə bilər-tısbagalar,balıq və quşlar, zürafələr,şirlər və timsahların özü.Hətta daşlar.Timsahlar onu udur və mədəsində saxlayır.Bu onun suyun altında qalma müddətini tənzimləyir.

Kit balığının südü
Analarının 1/3 hissəsinə çatana kimi öz balalarının qaygısına qalmaq kit balıqları üçün heç də asan iş deyil. Onun südü 50 % yaglılıq təşkil edir ki, bu da insanla nisbətdə 10 qat daha çoxdur. Bu körpənin daha sürətli çəki almasına kömək edir.

Quşlar işarətlərdən istifadə etməyi bacarırlar
Siz tək,xəritəsiz və ya sürücüsüz harasa səyahətə çıxa bilərsinizmi? Çox güman ki, yox. Amma bəzi quşlar və əsas da göyərçinlər heç bir problem olmadan minlərlə kilometr yolu uçaraq öz yuvalarına qayıda bilirlər.2006- cı ildə çıxan bir məqaləyə əsasən alimlər düşünürlər ki, göyərçinlər yerdə özlərinə hər hansı bir işarə taparaq,evə rahat qayıtmaq imkanını qazanırlar.

Su siçanlarının qış günləri daha uzun olur
Bu gəmiricilər qışda öz quyruqlarındakı yaga və yığdıqları qidaya görə qışı sag salamat başa vura bilirlər. Öz kürklərində soyuqdan qaçaraq enerjilərini qoruya bilirlər. Nəticədə isə onlar işıq üzü görmürlər.Onların bioloji saatı dəyişir və günlərinə 5 saat daha əlavə olunur.


Ardı →

Definlərdə iti görməni təmin edən sonar sistemi

Bir insan özündən 100 metr irəlidəki hər hansı bir obyekti görməkdə çətinlik çəkərkən delfinlər 3 km kənarda dayanan bir cisimi görməkdə heç çətinlik çəkmirlər. Həm də bu görmə prosesini gözləri ilə deyil, başlarının alt hissəsindəki sonar sistemi vasitəsilə yerinə yetirirlər. Bu sonar o qədər qüvvətli səs dalğaları yayır ki, delfinlər ətraflarında olan böyük-kiçik hər şeyi bu sistem sayəsində qəbul edə bilirlər.


Ardı →

Elektrikli ilan balıqları

Boyları 2.75 metrə çatan elektrikli ilan balıqları (Electrophorus electricus) Amazon bölgəsində yaşayırlar. Elektrik hasil etmə qabiliyyətindən həm müdafiə, həm də hücum vasitəsi kimi istifadə edirlər. Bu balıqlar bədənlərində hasil etdikləri elektriklə ovlarını hərəkətsiz hala salır və düşmənlərini şok edib öldürürlər.

Balıqdan qaynaqlanan elektrik şoku 2 metr uzaqlıqdakı böyük heyvanı belə öldürəcək şiddətindədir. Balığın elektrik hasil etmə müxanizmi saniyənin 1000-də 2 və ya 3-ü qədər qısa müddətdə işə düşür. Bütün elektrikli balıqlar arasında ən öldürücü balıq olan ilan balığında elektrik cərəyanı 650-yə çatır. Bu qədər yüksək voltaj televizoru işə salmaq üçün istifadə edilən elektrikdən də artıqdır və insanı öldürə bilər. İlan balığının bəzən boşaltdığı 800 voltluq elektrik şoku isə atı öldürə bilir.


Ardı →

Heyvanlar haqqında maraqlı faktlar-1

1. Delfinlər bir gözü açıq yatarlar.

2. Heyvanların ən böyüyü mavi balinadır. (uzunluğu 33 m., ağırlığı 190 t.)

3. Dəniz kobrası dünyanın ən zəhərli ilanıdır.

4. Timsahlar dilini çölə çıxara bilməzlər.

5. 2600 qədər qurbağa cinsi var.

6. Bir qarışqanın qoxu hiss etmə qabiliyyəti ən az bir itinki qədər inkişaf etmişdir.

7. Bir ağcaqanadın sürəti saatda 8 km.


Ardı →

Gözlərini isidən balıq

Tunes balığı, bəzi akula növləri və qılınc balığı bədən temperaturlarını ətrafın istiliyindən daha yüksək edə bilirlər. Balıqlar əzələlərdəki və sinir sistemindəki temperaturun yüksəlməsi ilə əldə edilən enerji sayəsində daha sürətli hərəkət edir, bu da ovlanmada onlara üstünlük qazandırır.

İsidilmiş gözlərin üstünlüklərini Avstraliyadakı Kvislend Universitetinin elm adamları sübut etmişlər. Kerstin Fritsçes və tədqiqat qrupu qılınc balığının soyuq suda daha yaxşı görmək üçün gözlərini isitdiyini tapmışdır. Yırtıcı balıqlar bir əzələ ilə toxumalarını ətrafdan 15 dərəcə çox isidə bilirlər. 

Araşdırma zamanı qılınc balıqlarına hərəkətli işıq siqnalları göstərilərkən, temperatur, işığın parlaqlıq dərəcəsi və titrəməsi dəyişdirilmişdir. Qılınc balıqları 10 0C-də saniyədə 40 siqnal qət edə bilmişlər. Lakin işıq siqnalı zəif olduqda balıqlar yüksək temperaturda yaxşı görə bilməmişlər.

Elm adamları qılınc balıqlarının təbii mühitdə isidilmiş gözlərindən 500 m dərinliyinə qədər faydalana bildiklərini təxmin edirlər. İsidilmiş gözlər istiliyin su səthinin altına düşdüyü yerlərdə əhəmiyyət daşıyır. Bu səviyyələrdə qılınc balıqları temperatur səviyyəsinin enişini asanlıqla tarazlayırlar. Bu isə balıqlara 100 m dərinlikdə isidilmiş gözlərlə 12 dəfə, 300 m dərinlikdə isə 7 dəfə daha yaxşı görmə imkanı təmin edir.


Davamı →

Sürünənlərin yeni növləri

Avstraliyalı zooloqlar qitənin uzaq dağlıq ərazilərinə ekspedisiya zamanı əvvəllər məlum olmayan növlər aşkarlayıb.
Söhbət qurbağa, kərtənkələ və gekkondan gedir. Daha dəqiq desək onların bir növündən.

Phys.org-a istinadən bildirilir ki, alimlər daha öncə məlum olmayan növlərin bundan da çox olduğunu deyiblər. Keyp-Melvil parkında aşkarlanan üç növ burada olan daşların və böyük qayaların arasında tapılıb.

Saltuarius eximius adlandırılan gekkon 11 sm uzunluğundadır. Onun rəngi daşların arasında gizlənmək üçün uyğundur.



Ardı →

Milçəklərin əllərini ovuşdurma səbəbi

Milçəklər bir müddət gəzdikdən sonra ayaqlarından yapışqan maddə çıxır. Bu maddələr tükləri isladır. Bunun sayəsində milçək tərs ya da düz səthlərdə rahatlıqla dura bilirlər.

Təxminən 1 milyon böcək növü bu formada özünə yapışqan təmin edir. Hamımızın ən çox gördüyü isə onların tez-tez qabaq ayaqlarını (əllərini) başlarına çəkməsi olur. Bu hərəkətin əsas səbəbi milçəklərin göz qapaqlarının olmamasıdır. Milçəklər gözlərini təmizləmək üçün qıçlarını gözlərinin üstünə sürtərək onların təmizlənməsini təmin edirlər.

Qeyd edək ki, milçəklərin ən müdafiəsiz anları məhz təmizlik vaxtıdır.


Davamı →

Qütb ayılarının mükəmməl xüsusiyyətləri

Qütb ayıları qar fırtınalarının 120-140 km sürətə çatdığı, ilboyu qarla və buzlarla örtülmüş bir yerdə çətin şəraitdə yaşayırlar.

Qütb ayıları 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır.

 Dəri və tüklərindəki xüsusiyyətlər

Qütb ayıları buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var. 5 sm qalınlığındakı kürkün ağ görünən tükləri, əslində, şəffafdır. Temperatur itkisinin qarşısını alan fiberoptik xüsusiyyətlərə malik olan bu tüklərin içi boş və şəffaf şar kimidir. Bu şarlar günəş şüalarının istiliyini altdakı qara rəngli tükə qədər birbaşa ayının dərisinə ötürür və ayının qızınmasını asanlaşdırır. Bundan başqa, qütb ayılarının dərisinin altındakı 10 sm-lik yağ təbəqəsi istiliyin qorunmasını təmin edir. Bu minvalla, ayının kürkü və dərisi onu soyuq xarici mühitdən qoruyur. Həmçinin, bu kürk üzmək üçün də əlverişlidir. Suyun içində tüklər bir-birinə yapışır və qütb ayısı su keçirməyən yumşaq dalış paltarı geyinmiş olur. Beləliklə, ayılar buzlu sularda saatda 10-11 kmsürətlə2000 kmuzağa üzə bilirlər.  


Ardı →

Qarışqaların maraqlı mikrob təmizləmə üsulu

Elm adamları qarışqaların çox təsirli mikrob təmizləmə üsulundan istifadə etdiyini aşkar etmişlər. İsveçli tədqiqatçılar müəyyən etmişlər ki,tüklü meşə qarışqaları (formica paralugubris) yuvalarına qatran yığırlar. Ancaq qarışqaların seçdiyi qatran bizim bildiyimiz qatranlara bənzəmir. Çünki onun malik olduğu xüsusi kimyəvi maddələr xəstəlikləri qarışqa yuvalarından uzaq tutur.

Qarışqalar yuvalarını əhatə edən qozalı ağaclardan bərkimiş şirə dənəciklərini yığırlar. Yığılan qatranın miqdarı 20 kiloqrama çatır.

Lozanna Universitetinin professoru  Michel Chapuisat və tədqiqat qrupu qatranın antiseptik xüsusiyyətini test etmiş, qatran olan və olmayan yuvalarda müşahidələr aparmışlar. Qatransız yuvada üç qat daha çox göbələk törəməsi və xəstəliyə səbəb olan bakteriyaların artması təsbit edilmişdir.


Ardı →

Mərcanların heyrətamiz rəng nümayişi

Onurğasız canlılar olan mərcanlar sahib olduqları rəng müxtəlifliyini ilə sanki rəng nümayiş etdirirlər. Zooloq Fanny Houlbreque və tədqiqat qrupu son araşdırmalarında bu heyrətamiz rəng nümayişinin səbəbini ortaya çıxarmışlar.

Aparılan araşdırmaya görə, mərcanlar yalnız yaxşı qidalandıqda canlı rəngə bürünürlər. Təcrübələrində mərcanların bir qismini ac saxlayan, bir qismini də kiçik xərçənglərlə qidalandıran zooloqlar mərcanların içində yaşayan və onlara rənglərini verən yosunların mərcanların normal qidalandığı zaman sürətlə çoxaldığını təsbit etdilər. 

Araşdırmanın nəticəsi heyrətamizdir. Mərcanlar yaxşı qidalandıqda mərcan yosunları da yaxşı qidalanmış və yosunların çoxalmalarına səbəb olmuşdur. Nəticədə, mərcanlar daha gözəl rəng almışlar.

 


Davamı →